Əlaqə Arxiv
news Image
2017.10.21
19:21
| A A A
"Zirə" Sumqayıtdan əliboş qayıdır

Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.

Goal.az xəbər verir ki, "Sumqayıt" öz meydanında “Zirə"ni qəbul edib. Oyunda hesabı qonaqlar açıb. Sadio Tounkaranın qoluna fasilə ərəfəsində Amil Yunanov cavab verib. Yekun nəticəni isə “Sumqayıt”ın kapitanı Vurğun Hüseynov müəyyənləşdirib – 2:1.

Bu nəticədən sonra komandaların turnir cədvəlindəki mövqeyi dəyişməyib. “Sumqayıt” 13 xalla 4-cü, cari mövsümdə ilk dəfə məğlub olan “Zirə” isə 18 xalla 2-ci sıradadır.

Turun açılış oyununda "Səbail" "İnter"i məğlub edib - 1:0. Bu gün isə “Neftçi” “Kəpəz”i eyni hesabla üstələyib. Tura oktyabrın 22-də keçiriləcək "Qəbələ" - "Qarabağ" matçı ilə yekun vurulacaq.

 

Sizin Reklam Yeriniz