Əlaqə Arxiv
news Image
2017.10.30
11:47
| A A A
Qadınların stadiona girişinə icazə verildi

Səudiyyə Ərəbistanı 3 şəhərdə qadınların idman yarışlarını izləməsinə icazə verib.

Movqe.az goal.az-a istinadən xəbər verir ki, Riyad, Ciddə və Damman şəhərlərində yerləşən stadionlarda təşkil olunan idman yarışlarına qadınların ailələri ilə birlikdə girişinə icazə veriləcək. Buna qədər isə ancaq kişilər yarışları izləyə bilirdi.

Bu qərar, Səudiyyə Ərəbistanında qadınlara azadlıq vermək üçün son addımlardan biridir. Sentyabr ayında qadınların maşın sürmələrinə icazə verilmişdi. 

Sizin Reklam Yeriniz