Əlaqə Arxiv
news Image
2017.11.07
13:26
| A A A
"Real Madrid" Ronaldoya əvəzedici tapıb

"Real Madrid" "Barcelona"nın sabiq futbolçusu Neymarla maraqlanır.

Movqe.az goal.az-a istinadən xəbər verir ki, Madrid klubunun prezidenti Florentino Perez braziliyalı forvardı 2013-cü ildə transfer etmək istəsə də, "sambaçı" katalon klubunu seçmişdi. Perezin Neymarın atası və agenti Vaqner Ribeyro ilə görüşdüyü bildirilir. Kriştianu Ronaldo "Real"la 2021-ci ildə başa çatacaq müqaviləsini yeniləmək fikrində deyil. Ona görə klub rəhbərliyi onun əvəzedicisi kimi Neymarı PSG-dən heyətinə cəlb etmək planları qurur. Paris klubu ötən yay 222 milyon avroya transfer etdiyi hücumçunu yaxın vaxtlarda satmayacağını aydın biruzə verib.

Neymarın PSG ilə müqaviləsi 2022-ci ilin yayına kimi nəzərdə tutulub. Ulduz futbolçu bəzi nəşrlərin yazdığına əks olaraq ona maksimal rahatlıq yaradılan Parisdə özünü narahat hiss etmir.

Sizin Reklam Yeriniz