Əlaqə Arxiv
news Image
2017.11.13
14:36
| A A A
Azərbaycanlı oğlandan İstanbul marafonunda evlilik təklifi

Türkiyənin ən böyük şəhəri olan İstanbulda keçirilən 39-cu Avrasiya Marafonunda maraqlı anlar yaşanıb. 

Marafonun azərbaycanlı iştirakçısı Maqsud Məmmədov Asiya ilə Avropa qitələrini birləşdirən "15 iyul şəhidləri” körpüsünün üzərində dayanaraq sevgili Aynur xanıma evlilik təklifi edib. Gözlənilmədən cibində gətirdiyi üzüyü çıxararaq sevdiyi qıza doğru uzadan Maqsud Məmmədov onunla evlənmək istədiyini deyib. Sevgilisi Maqsuda yerindəcə "Hə” cavabı verib.
 
Maqsud Məmmədov İstanbulda evlilik təklifi etməyi əvvəlcədən planlaşdırdığını və qitələri birləşdirən körpünün bunun üçün ən gözəl məkan olduğunu deyib.

Sizin Reklam Yeriniz