Əlaqə Arxiv
news Image
2018.01.15
13:55
| A A A
Samir Nasri 4 il müddətinə diskvalifikasiya oluna bilər

"Antalyaspor"un yarımmüdafiəçisi Samir Nasri 4 il müddətində futboldan kənarlaşdırıla bilər. Movqe.az goal.az-a istinadən xəbər verir ki, fransalı futbolçu anti-dopinq qaydalarını pozmaqda ittiham olunur.

2017-ci ilin yanvarında İspaniya Anti-dpoinq Agentliyi ondan test götürmək istəmişdi. Bu, Nasrinin vitamin terapiyası üzrə ixtisaslaşan "DripDoctors" (Los-Anceles) klinikasında müalicə almasından sonra gündəmə gəlmişdi. Ehtimal olunurdu ki, belə müalicə üsulunun arxasında dopinq izləri ola bilər.

Nasri məsələ ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmiş və testin götürülməsi ləngimişdi. Daha sonra CAS onun müraciətini mənfi cavablandırmışdı. UEFA 30 yaşlı futbolçunun araşdırmasını yenidən başlamışdı. Bu mövsüm Türkiyə Superliqasında 8 oyun keçirən Nasri 2 qol vurub.

Sizin Reklam Yeriniz