Əlaqə Arxiv
news Image
2018.02.21
11:22
| A A A
Çempionlar Liqasında növbəti 2 qarşılaşma

Bu gün futbol üzrə Çempionlar Liqasında (ÇL) daha iki oyun keçiriləcək.

Movqe.az goal.az-a istinadən xəbər verir ki, matçlardan biri İspaniyada, digəri Ukraynada baş tutacaq. İspaniyanın Sevilya şəhərinin eyniadlı təmsilçisi Roman Sançes-Pisxuan stadionunda İngiltərənin “Manchester United” komandasını qəbul edəcək. 

Avropa Liqasının sonuncu qalibi olan qonaqlar anoloji uğuru qitənin ən nüfuzlu klub turnirində də təkrarlamaq istəyirlər. İspaniya Kral Kubokunda finala vəsiqə qazanan meydan sahibləri isə mümkün qədər irəliləməyi hədəfləyiblər.

Xarkovdakı “Metallist” stadionunda isə “Shakhtar”la İtaliya təmsilçisi “Roma” üz-üzə gələcək. Ukraynalılarla cari mövsümdə “Qarabağ”la eyni qrupda yer alan “canavarlar”ın görüşü gərgin mübarizə vəd edir.

Çempionlar Liqası

1/8 final, ilk oyunlar

21 fevral

23:45. "Sevilla" (İspaniya) - "Manchester United" (İngiltərə)

Baş hakim: Kleman Tyurpen (Fransa)

23:45. "Shakhtar" (Ukrayna) - "Roma" (İtaliya)

Baş hakim: Uilyam Kollam (Şotlandiya)

Sizin Reklam Yeriniz