Əlaqə Arxiv
news Image
2018.03.19
16:12
| A A A
AFFA İntizam Komitəsinin qərarları

AFFA-nın inzibati binasında İntizam Komitəsinin növbəti iclası keçirilib. Movqe.az goal.az-a istinadən xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul olunub:

- 12 mart 2018-ci il, 2017/2018 mövsümündə, Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XX turunun “Keşlə” – “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur.

- 14 mart 2018-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun XVIII turunun “Turan Tovuz” – “Zaqatala” matçının 90-cı dəqiqəsində “Zaqatala” klubunun 9 №-li futbolçusu Osman Qurbanov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur.

- 14 mart 2018-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun XVIII turunun MOİK – “Binə” matçında MOİK komandasının heyətində cəzalı olan futbolçu iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir və klub 400 manat cərimə olunur.

- 14 mart 2018-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun XVIII turunun “Mil-Muğan” – “Sabah” matçında “Mil-Muğan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur 

Sizin Reklam Yeriniz