Əlaqə Arxiv
news Image
2018.04.26
14:27
| A A A
Millimiz beynəlxalq turnirdə iştirak edəcək

Slovakiyada 2000-ci il təvəllüdlü futbolçulardan ibarət yığma komandalar arasına beynəlxalq turnir keçiriləcək. 

Movqe.az goal.az-a istinadən xəbər verir ki, 7-11 may tarixlərində təşkil olunacaq “Slovakia Cup 2018” turnirində Azərbaycan U-19 yığması çıxış edəcək. 8 komandanın qatılacağı yarışda həmçinin, Slovakiya, Uels, Macarıstan, ABŞ, Çexiya, Ukrayna və Qazaxıstan yığmaları da mübarizə aparacaq.

Azərbaycan yığması meydan sahibləri, Uels və Macarıstanla birgə A qrupunda yer alıb:

A qrupu: Azərbaycan, Slovakiya, Uels, Macarıstan

B qrupu: ABŞ, Çexiya, Ukrayna, Qazaxıstan

7 may, saat 14:00

Azərbaycan - Macarıstan

8 may, saat 14:00

Azərbaycan - Uels 

10 may, saat 14:00

Slovakiya - Azərbaycan

Sizin Reklam Yeriniz