Əlaqə Arxiv
news Image
2018.05.23
13:59
| A A A
Masallıda Tekvando idman növü üzrə açıq rayon birinciliyi keçirilib

19-20 may 2018-cı il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı Regional Taekvando Mərkəzində Azərbaycan Xalq Cumhuriyyətinin yaradəlmasının 100 illik yubileyinə həsr olunmuş Taekvando idman növü üzrə uşaqlar və yeniyetmələr arasında açıq Rayon birinciliyi keçirilib. 
Yarışın açılış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək idmançıları salamlamış və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmançılara göstərdiyi diqqət və qayğısından danışmışdır. Və bildirmişdir ki, bu yarışın keçirilməsində əsas məqsəd rayonda Taekvando idman növünü inkişaf etdirmək, perspektivli idmançıları aşkar etmək , uşaq və yeniyetmələrin idmana olan marağını daha da artırmaqdır.
       Tədbirdə yarışın baş hakimi Ədalət Ağayev çıxış edərək bu mötəbər yarışın təşkilində əziyyəti olan insanlar öz dərin minnətdarlıqlarını bildiriblər.
       Sonra 11 çəki dərəcəsində 170 nəfərə yaxın uşaq və yeniyetmə idmançıların iştrakı ilə keçirilən yarış olduqca gərgin və mübarizə şəraitində keçirilmişdir. İki gün davam edən yarışda Lənkəran rayonundan 2 komandanın , Cəlilabad rayonundan 2 komandanın , Biləsuvar rayonundan 2 komandanın , Bakı şəhərindən 2 komandanın , Sumqayıt şəhərində 1 komandaların iştrak etdiyi birincilikdə Masallı rayon komandası I yerə, Lənkəran rayon komandası II yerə,Bakı şəhərinin komandası isə III yerə layiq görülmüşdür.
      Sonda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla mükafatlandırılmışlar.
                                                                   

ƏLİHÜSEYN ŞÜKÜROV.

Sizin Reklam Yeriniz