Əlaqə Arxiv
news Image
2018.05.24
18:30
| A A A
Dünya çempionatına ən çox futbolçu göndərən klub müəyyənləşib

 İngiltərənin "Mançester Siti" klubu Rusiyada keçiriləcək dünya çempionatına göndərdiyi futbolçuların sayına görə dünya rekordu müəyyənləşdirib.

Movqe.az-ın məlumatına görə, İngiltərə təmsilçisinin 17 oyunçusu mundialda təmsil olunacaq.
"Şəhərlilər"in heyətindən mundiala Ederson Moraes, Danilo, Fernandinyo, Qabriel Jezus (hamısı Braziliya), Fabian Delf, Con Stons, Kayl Uolker, Rahim Sterlinq (hamısı İngiltərə), İlkay Gündoğan, Leroy Sane (hər ikisi Almaniya), Nikolas Otamendi, Serxio Aqüero (hər ikisi Argentina), Vensan Kompani, Kevin De Bröyne (hər ikisi Belçika), Bernardu Silva (Portuqaliya), David Silva ( İspaniya) və Benjamen Mendi (Fransa) yollanacaq.
Qeyd edək ki, dünya çempionatına göndərəcəyi futbolçu sayında ikinci yeri İspaniyanın "Real Madrid" klubu tutur. "Kral klubu" mundialda 16 futbolçu ilə təmsil olunacaq. 

Sizin Reklam Yeriniz