Əlaqə Arxiv
news Image
2018.07.13
15:49
| A A A
Dünya çempionatının finalında 29 klub nümayəndəsi

2018-ci il dünya çempionatı çərçivəsində iyulun 15-də keçiriləcək final matçının iştirak ərizəsində adı olan futbolçuların klub mənsubiyyəti müəyyənləşib. Movqe.az goal.az-a istinadən xəbər verir ki, Fransa – Xorvatiya qarşılaşmasında meydana 29 klubun üzvü çıxa bilər.

Finalçıların mundiala heyətin 29 klubun təmsilçisi var. Söhbət Fransanın “23-lüy”ü və Xorvatiyanın qalan “22-liy”indən gedir. Xorvatlar mundialın gedişində Nikola Kaliniçi düşərgədən kənarlaşdırıb. Bir oyunçu – Milan Badel isə klubsuzdur.

7 klub finalda 3 oyunçu ilə təmsil olunacaq. Bunlar Real, Atletico, Barselona (hamısı İspaniya), Juventus (İtaliya), Marseille, Monaco və PSG-dir (Fransa).Chelsea (İngiltərə) və İnter-dən (İtaliya) iki finalçı var. Digər 20 komandanın təmsilçi sayı 1-di. Bunlar Milan (İtaliya), Beşiktaş (Türkiyə), Bayern Munchen, Eintracht, Hoffenheim, Bayer, Stutgart (hamısı Almaniya), Liverpool, Manchester City, Manchester United, Tottenham (hamısı İngiltərə), Dinamo, Rijeka (hər ikisi Xorvatiya), Dinamo (Ukrayna), Gent (Belçika), Lokomotiv (Rusiya), Lyon (Fransa), Sevilla (İspaniya), Salzburg (Avstriya) finalda 1 üzvünə azarkeşlik edəcək.Liqalara gəlincə, finalda 11 çempionat təmsil olunacaq. Fransa və İspaniya 10, İngiltərə və İtaliya 6, Almaniya 5, Xorvatiya 2 futbolçusunu həlledici matçda izləyəcək. Avstriya, Belçika, Rusiya, Ukrayna, Türkiyədə bu rəqəm 1-ə bərabərdi. Daha bir oyunçu isə klubsuzdur.

Sizin Reklam Yeriniz