Əlaqə Arxiv
news Image
2018.08.07
17:28
| A A A
Məşhur futbolçu "Milan"a qayıdır

İtaliya təmsilçisi Milan-ın sabiq futbolçusu Kaka kluba geri dönür. 

Movqe.az goal.az-a istinadən xəbər verir ki, milanlıların braziliyalı baş direktoru Leonardo 36 yaşlı həmyerlisini kluba dəvət edib. Onun sözlərinə görə, Kaka sentyabr ayında Milan-a qoşulacaq. Onun klubda hansı vəzifəni tutacağı hələlik bəlli deyil. 

Qeyd edək ki, Kaka 2003-2009 və 2013-2014-cu illərdə Milan-da çıxış edib. O, İtaliya təmsilçisinin heyətində Çempionlar Liqasının və UEFA Super Kubokunun qalibi olub. Daha öncə Milan-ın sabiq futbolçusu Paolo Maldini klubda texniki direktor vəzifəsinə təyin olunub. 

Sizin Reklam Yeriniz