news Image
2018.09.04
16:37
| A A A
Azərbaycan - Kosovo matçına hakim təyinatları açıqlanıb
Millimizin UEFA Millətlər Liqasında sentybarın 7-də Bakıda Kosovoya qarşı keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb. Movqe.az goal.az-a istinadən xəbər verir ki, görüş Norveçdən olan hakimlərə tapşırılıb. Qarşılaşmanın baş hakimi Ola Hobber Nilsen olacaq. Ona yan xətt hakimləri Tom Harald Qroneviklə Qeyr Oskar İsaksen kömək edəcək. Dördüncü hakim funksiyasını isə Oysteyn Simon Yatterland yerinə yetirəcək. Əlavə hakim köməkçiləri isə Espen Andreas Eskas və Tom Harald Haqen olacaq.
Ola Hobber Nilsen millimizin baş məşqçisi Qurban Qurbanov və yığmanın bir çox futbolçusuna tanış hakimdir. O, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”ın “Kukesi” (Albaniya) ilə ilk oyununu (0:0) idarə edib