Əlaqə Arxiv
news Image
2018.09.04
16:49
| A A A
“Kral klubu”nun şikayəti qəbul edilmədi

FİFA Real-ın şikayət ərizəsini araşdırıb.

Movqe.az goal.az-a istinadən xəbər verir ki, ali futbol qurumu bu şikayətlə bağlı  heç bir cəza tədbiri ğörməyəcək. FİFA hesab edir ki, İnter qanunları pozmayıb. Madrid klubunun şikayəti əsassızdır.

Xatırladaq ki, İnter Real-ın xorvatiyalı yarımmüdafiəçisi Luka Modriçlə danışıqlar aparırdı. Madridlilər gizlin danışıqlara görə İtaliya klubundan şikayət etmişdi. “Kral klubu”nun prezidenti Florentino Peres Modriçin buraxılış qiymətinin 700 milyon avro olduğunu bildirib. Xorvat futbolçunun Real-la müqaviləsi 2020-ci ildə başa çatacaq.   

Sizin Reklam Yeriniz