Əlaqə Arxiv
news Image
2018.09.24
14:24
| A A A
Qarabağ-la oyunda zədələnən futbolçunun durumuna aydınlıq gəldi

Avropa Liqasının qrup mərhələsinin Qarabağ-la oyununda zədələnən Sporting-in futbolçusu Jeremi Matyönün durumuna aydınlıq gəlib.
Movqe.az goal.az-a istinadən xəbər verir ki, fransalı müdafiəçi 2-3 həftə sıradan çıxıb. Bu səbəbdən o, V turunda Braga ilə bu gün səfərdə keçiriləcək görüşün heyətindən çıxarılıb.
Qeyd edək ki, 34 yaşlı oyunçu Qarabağ-la oyunun 75-ci dəqiqəsində sol ayaq əzələsindən xəsarət alaraq, əvəzlənməli olub.

Sizin Reklam Yeriniz