Əlaqə Arxiv
news Image
2018.11.08
16:48
| A A A
Ronaldo: "Manchester United-in uğur qazandığını demək olmaz"

Juventus-un futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda Manchester United-ə 1:2 hesabı ilə uduzduqları oyunu şərh edib.

Movqe.azGoal.az-a istinadən xəbər verir ki, Ronaldo keçmiş komandasının qələbəsini ədalətli hesab etməyib: "Manchester United" qələbə üçün heç nə etmədi. Onların uğur qazandığını demək düzgün deyil. Çünki oyunu rəqibə hədiyyə etdik. Çempionlar Liqası xüsusi turnirdir. Burada hesabda öndə olsan belə arxayınlaşmaq olmaz. Çünki hər şey ola bilər. Oyun ərzində üstün tərəf biz idik və çoxlu qol imkanı yaratdıq. Üç və ya dörd epizodda fərqlənə bilərdik. Amma son dəqiqələrə arxayınlaşdıq və cəzalandırıldıq. Buna baxmayaraq, başımızı aşağı salmamalıyıq. Biz yaxşı oynadıq və yenə də qrup lideriyik. Qol vurmağımdan məmnunam, amma qələbə qazana bilmədiyimiz üçün təəssüflənirəm".

Sizin Reklam Yeriniz