Əlaqə Arxiv
news Image
2018.11.16
15:15
| A A A
Masallıda Nadir Ağayevin xatirəsinə həsr olunmuş respublika turniri keçiriləcək

Masallıda Nadir Ağayevin xatirəsinə həsr olunmuş respublika turniri keçiriləcək
Movqe.az xəbər verir ki,  17-18 noyabr 2018-ci il tarixdə Masallı Olimpiya İdman Kompleksində Əməkdar məşqçi, SSRİ idman ustası Nadir Yaqub oğlu (1935-1985) Ağayevin xatirəsinə həsr olunmuş XXIV ənənəvi respublika turniri keçiriləcək.
Turnirdə yunan-Roma güləşi üzrə yeniyetmə idmançılar on çəki dərəcəsində mübarizə aparacaq.
Yarışın keçirilməsində əsas məqsəd Azərbaycan idmanının inkişafında xidmətləri olmuş şəxslərin xatirələrini yad etmək, yunan-Roma güləşinin inkişafına və kütləviliyinə nail olmaq, birinciliyin nəticələrinə əsasən yeniyetmə güləşçilər arasından perspektivli idmançıları aşkar etməkdir.
Turnir Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən keçiriləcək. Fəxri kürsünün ilk üçlüyündə qərar tutan güləşçilər müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunacaqlar.
Əlihüseyn Şükürov.

Sizin Reklam Yeriniz