Əlaqə Arxiv
news Image
2018.11.20
15:48
| A A A
Milan Ronaldodan imtina edib
Milan portuqaliyalı ulduz Kriştiano Ronaldonu transfer etməkdən imtina edib

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, bunu Milan-ın keçmiş vitse-prezidenti Marko Fassone öz açıqlamasında bildirib. "2017-ci ildə Yonxonq Li Milan-ın sahibi olandan sonra mənə Ronaldonu transfer etmək istədiyini bildirmişdi. Biz yayda Jorje Mendeşlə görüşüb onun transfer qiymətini də öyrənmişdik. Ronaldo hələ o zaman Real Madrid-i tərk etmək istəyirdi. Lakin mən sonradan Yonxonq Liyə bu transferin uğursuz olacağına inandıra bilmişdim. Xatırladaq ki, bu yay Milan-ın çinli sahibi Yonxonq Li iflasa uğradığından klub amerikan milyarder Paolo Skaroninin adına keçmişdir. Marko Fassone və digər rəhbərlikdə işləyənlər isə istefaya göndərilmişdir. Kriştiano Ronaldo isə hal-hazırda Milan-ın əzəli rəqibi olan Juventus-da çıxış edir.

Sizin Reklam Yeriniz