Əlaqə Arxiv
news Image
2018.12.18
13:26
| A A A
Neftçi “50”yə çatmadı

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu Neftçi üçün yubileylə əlamətdar olub.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, öz meydanında Sumqayıt-la qarşılaşan paytaxt təmsilçisi kubokda 75-ci ev matçını keçirib. 0:2 hesabı ilə uduzan bakılılar yubileyin ikiqat olmasını rəsmiləşdirə bilməyib.

Belə ki, öz meydanında 49 qələbəsi olan Neftçi 50-ci uğurunu təxirə salıb. 75 ev oyununda 14 heç-heçəsi olan “ağ-qaralar” doğma divarlar arasında 12-ci dəfə uduzub. Bu görüşlərdə 150 qol vuran Neftçi 48 top buraxıb.

Sizin Reklam Yeriniz