news Image
2019.01.04
14:06
| A A A
2 Premyer Liqa klubu Donald Gerye ilə maraqlanır

Qarabağ-ın müdafiəçisi Vild-Donald Gerye karyerasını İngiltərədə davam etdirə bilər. 
Movqe.az Goal.az-a istinadən xəbər verir ki, bu iddia ilə "Haiti Tempo" nəşri çıxış edib.
İngiltərə Premyer Liqasından Leicester və Brighton klubları onunla maraqlanır. Leicester-in bu keçid üçün 5 milyon avro ödəməyə hazır olduğu  bildirilir. Geryenin "Instagram" hesabından Leicester klubunun rəsmi səhifəsini izləməyə başlaması da iddiaları gücləndirib.
Xatırladaq ki, Vild-Donald Geryenin Qarabağ-la müqavilə müddəti 2020-ci ilin yayına qədərdir.