Əlaqə Arxiv
news Image
2019.01.04
19:37
| A A A
Stüardlar komandanın futbolçusunu azarkeşlə səhv saldılar

Manchester City-nin futbolçusu Benjamin Mendi qeyri-adi hadisə ilə üzləşib.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi Premyer Liqanın XXI turunda evdəLiverpool-u 2:1 hesabı ilə məğlub etdikləri matçın final fitindən sonra komanda yoldaşlarını təbrik etmək üçün meydana qaçıb. Lakin “şəhərlilər”in stüardları adı matçın iştirak ərizəsinə daxil edilməyən və mülki geyimdə olan futbolçunu azarkeş zənn edərək izləyiblər. Nəzarətçilər Mendiyə yaxınlaşandan sonra onun kim olduğunu başa düşüblər.

Qeyd edək ki, bu qələbədən sonra xalını 50-yə çatdıran Manchester City lider Liverpool-la aradakı fərqi 4 xala endirib. Benjamin Mendi zədəli olduğu üçün ötən ilin noyabrından meydana çıxa bilmir.

Sizin Reklam Yeriniz