Əlaqə Arxiv
news Image
2013.04.29
11:24
| A A A
Bakıda mobil texnologiyalar üzrə gənclər forumu keçiriləcək

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin (GİN) və "Xəzər" İnvestisiya Mərkəzinin birgə təşkilatçılığı ilə aprelin 29-30-da Bakıda mobil texnologiyalar üzrə beynəlxalq gənclər forumu keçiriləcək.

 

AzərTac-ın məlumatına görə, forumun keçirilməsində məqsəd mobil texnologiyaların son nailiyyətləri ilə tanış olmaq, mobil əlavələrin hazırlanması və istifadə olunması sahəsində beynəlxalq təcrübəni öyrənmək, həmçinin gənclərin yeni texnologiyalara marağını artırmaqdır.

 

Forumda 20 ölkədən (ABŞ, Finlandiya, Belçika, Almaniya, Avstriya, Rumıniya, Bolqarıstan, Serbiya, Makedoniya, Yunanıstan, Türkiyə, Estoniya, Rusiya, Belarus, Ukrayna, Moldova, Tunis, İordaniya, Hindistan və Sinqapur) informasiya-kommunikasiya texnologiyaları sahəsində çalışan 30 ekspertin iştirakı nəzərdə tutulub.

Sizin Reklam Yeriniz