news Image
2019.01.22
13:26
| A A A
Real-ın De Bruyne arzusu baş tutmadı

Manchester City-nin yarımmüdafiəçisi Kevin De Bruyne Madrid Real-ının maraq dairəsinə düşüb.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, "kral klubu" mövsümün sonunda onu heyətinə qatmaq niyyətindədir.

Bu məqsədlə ispanlar qarşı tərəflə təmasa keçsə də ilk cəhd uğursuz olub. Ulduz futbolçu təklifi düşünmədən rədd edib. Manchester City-dəki durumundan razı olan 28 yaşlı orta sahə oyunçusu komandasını dəyişmək fikrində deyil.

Qeyd edək ki, Kevin De Bruyne 2015-ci ildən Manchester City-nin formasını geyinir.