news Image
2019.03.04
19:05
| A A A
Masallıda Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirildi

4 mart 2019-cu il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilarçılığı ilə Gənclər Mərkəzində 05 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş bir qrup nəticəli idmançılarla görüş keçirildi.
Tədbiri giriş sözü ilə açan Masallı rayon Gənclər və idman idarəsinin rəisi Camal Manafov əvvəlcə 5 mart Bədən tərbiyəsi və idman günü münasibəti ilə bütün idmançıları səmimi qəlbdən təbrik etmiş və bildirmişdir ki, ölkəmizdə idman siyasətinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu siyasət hazırda dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan xalqının fiziki sağlamlığına çalışan Prezident cənab İlham Əliyev bədən tərbiyəsi və idmanın inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini diqqətdə saxlayır, həmişə respublikamızın idman imicinin yüksəlməsinə çalışır. Bütün bu uğurlar onu göstərir ki, hazırda Azərbaycan idmanı inkişafının ən yüksək dövrünü yaşayır. Azərbaycan idmanın bugünkü inkişaf səviyyəsi gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsini daim diqqət mərkəzində saxlayan Prezident cənab İlham Əliyevin bu sahəyə göstərdiyi yüksək diqqət və qayğının göstəricisidir. Məhz bu diqqət və qayğı Azərbaycanın qarşıdakı illərdə idmanda daha böyük uğurlara imza atacağını deməyə əsas verir. Bu gün bu uğurlar Rayonumuzdan da yan keçməmişdir beləki bir neçə məşqiçi-müəllimlərimizin cənab Prezidentimizin sərəncamı ilə fəxri adlar almaları rayonumuz üçün sevindirici haldır. Sonra rayon idmançılıarımızın uğurlarından danışaraq bir daha idmançılarımıza gələcək yarışlarda uğurlar arzulamışdır.
Sonra tədbirdə “Əməkdar idman işçisi” Tahir Məmmədov, “Əməkdar məçqiçi-müəllim” Ədalət Ağayev, Süfəddin Məmmədov, Famil Fərmanlı və məşqiçi-müəllimlərdən Sadiq Ağayev,Sabir Lətifov, Natiq Eynullayev , Ramil Həsənov və başqaları çıxış edərək bildirdilər ki, Prezident cənam İlham Əliyevin və Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə idmana və idmanıçılara göstərdiyi diqqət və qayğı bütün idmansevərlər tərəfindən yüksək qiymətləndirlir.Bunun nəticəsidir ki, idmançılarımız beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edir, bayrağımızı yükcəklərə qaldırırlar.
Sonda bir qurp idmançılara və məşqçi-müəllimlərə Gənclər və İdman İdarəsi tərəfindən Fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırıldı.

 

 Əlihüseyn Şükürov.