Əlaqə Arxiv
news Image
2019.03.14
11:22
| A A A
Elnur Məmmədlinin avtomobili qəzaya uğradı

Tanınmış idmançı, 2008-ci il Yay Olimpiya Oyunlarının qızıl medalçısı Elnur Məmmədlinin idarə etdiyi avtomobil qəzaya uğrayıb.

Movqe.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində baş verib.

B 862 CA 73 qeydiyyat nişanlı "VAZ 21 08" markalı avtomobili adıçəkilən küçə ilə yüksək sürətlə hərəkətdə olan zaman idarəetməni itirərək Elnur Məmmədlinin idarə etdiyi 90 NT 555 dövlət qeydiyyat nişanlı “KİA Cadenza” markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb, hər iki avtomobilə ziyan dəyib.

 

Sizin Reklam Yeriniz