Əlaqə Arxiv
news Image
2019.03.18
22:47
| A A A
Barcelona Qrizmanna film çəkilişindən imtinanı bağışlamadı

Barcelona 32 yaşlı hücumçusu Luis Suaresə əvəzləyici axtarışını davam etdirir.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, namizədlər siyahısında Luka Yoviç (Eintracht), Timo Verner (RB Leipzig) və Maks Qomesin (Celta) adı var.

Kataloniya klubu Atletico-nun forvardı Antuan Qrizmannı siyahıdan çıxarıb. Nəşrin iddiasına görə, buna səbəb fransızın ötən il Barcelona-nın müdafiəçisi Jerard Pikenin çəkdiyi sənədli filmdə yer almaqdan imtina etməsidir. Məhz buna görə Kataloniya təmsilçisinin futbolçuları, xüsusilə Pike Qrizmannı heyətdə görmək istəmir. Əvvəllər Barcelona-nın hücumçunun transferinə 120 milyon avro ödəməyə hazır olduğu deyilirdi.

Sizin Reklam Yeriniz