news Image
2019.03.28
20:44
| A A A
Manchester United Sulşerlə müqavilə imzaladı - RƏSMİ

İngiltərənin Manchester United klubu Ole-Qunnar Sulşerin baş məşqçiliyini rəsmiləşdirib.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, norveçli mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Mourinyonun gedişindən sonra, baş məşqçini əvəzləyən Sulşerin rəhbərliyi altında komanda 19 matçdan 14-də qalib gəlib.