Əlaqə Arxiv
news Image
2019.03.30
11:00
| A A A
İdmançılarımız Avropa çempionatının finalında mübarizə aparacaqlar

 

Azərbaycan karateçiləri İspaniyanın Quadalaxara şəhərində keçirilən 54-cü Avropa çempionatında mübarizəni davam etdirirlər.

MÖVQE xəbər verir ki, parakarate üzrə milli komandanın üzvü, dünya ikincisi Sahib Əhədov Avropa çempionatının finalına yüksəlib.

Gözdən zəif idmançılar arasında üç idmançıdan ibarət qrupda moldovalı və rusiyalı rəqiblərini qabaqlayan S.Əhədov 39,94 xalla qrup lideri olub. Martın 30-da həlledici görüşdə karateçimizin rəqibi Zviadi Vasadze (Gürcüstan) olacaq.

Milli komandanın lideri Rafael Ağayev (75 kq) da qitə çempionatının finalında mübarizə aparır. Bu gün həlledici görüşdə R.Ağayevin rəqibi italiyalı Luici Busadır.

Üç karateçimiz isə bürünc medal uğrunda mübarizə aparır. Asiman Qurbanlı (+84 kq) Ukrayna təmsilçisi Rizvan Talıbov, Nuranə Əliyeva (50 kq) serbiyalı Yelena Milivoyçeviç, Roman Heydərov (kata) isə almaniyalı İlya Smorquner ilə gücünü sınayacaq.

Sizin Reklam Yeriniz