news Image
2019.03.31
17:30
| A A A
Sergey Karyakin: “Rəqibimi güclü gedişlər etməyə məcbur elədim”

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “ShamkirChess 2019” superturnirinin ilk turunda rusiyalı Sergey Karyakin çinli Dinq Lirenlə heç-heçə edib.

"ShamkirChess 2019" turnirinin mətbuat xidmətindən Trend-ə verilən məlumatına görə, oyundan sonra şahmatçılar mətbuat konfransında iştirak ediblər.

S.Karyakin qələbə qazanmaq istədiyini, ancaq alınmadığını bildirib: “Rəqibim çox güclü idi. Bir çox məqamlar var idi ki, onlardan istifadə edib qalib gələ bilərdim. Rəqibimi güclü gedişlər etməyə məcbur elədim”.

 
 
 

Şahmatçı qeyd edib ki, bu il onun üçün fərqli olacaq: “Qarşıda güclü turnirlər var. Axırıncı yarışda qalib gələ bilmədiyimə görə, əlimdən gələni edəcəyəm ki, uğur qazanım”.

D. Liren isə oyuna diqqətlə yanaşdığını vurğulayıb: “Görüşdə hər bir gediş önəmli idi. Bacardığım qədər diqqətli oldum. Sonda qarşılaşma heç-heçə yekunlaşdı”.

O, komandalararası dünya çempionatında 3-cü yerə çıxması haqda da danışıb: “Orada bütün komanda üzvləri fərdi oynamağa üstünlük verdilər. Heç kim bir-birinin oyunu ilə maraqlanmadı. Amma bütün komandada yaxşı ab-hava var idi. Ona görə razı qaldım”.