Əlaqə Arxiv
news Image
2019.04.14
08:00
| A A A
İsveçdə yarış avtomobili tamaşaçılara çırpılıb, yaralanan var
İsveçin Rimnu şəhərində yarış avtomobili trasdan çıxaraq tamaşaçılara çırpılıb. Movqe.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 5 nəfər xəsarət alıb. "İki nəfər orta dərəcəli, 3 nəfər isə ağır dərəcəli xəsarətlər alıb. Yaralananlardan biri xəstəxanaya helikopter vasitəsi ilə göndərilib", - deyə Stokholm polisinin nümayəndəsi bildirib. Qeyd olunur ki, hadisə nəticəsində avtomobil sürücüsü xəsarət almayıb.
Sizin Reklam Yeriniz