Warning: opendir(/home/movqe/www/cache/): failed to open dir: No such file or directory in /usr/local/lib/php/Cache/Lite.php on line 632
Neftçi" qorxaq futbol oynamır - Bordin
 
 
news Image
2019.04.14
21:00
| A A A
Neftçi" qorxaq futbol oynamır - Bordin
"Neftçi" qorxaq futbol oynamır - Bordin "Bizim üçün gözlənilməz nəticədir. İlk hissədə aparıcı tərəf olmağa çalışırdıq. Hesabda 1:0 öndə olanda növbəti qolu vurmağa çalışırdıq. Nəticəyə rəğmən, sonadək vuruşacağıq. Movqe.az Qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Neftçi"in baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının 24-cü turunda səfərdə İtaliyalı mütəxəssis matçın 72-ci dəqiqəsində zədələnən hücumçu Mirabdulla Abbasovun əvəzinə müdafiəçi Tural Axundovu oyuna daxil etməsinə belə şərh verib: "Mirabdullanın yerinə Sansoneni buraxa bilməzdim. Çünki limit pozulardı. Rəqib də hücumlar təşkil edirdi. Abbasovun zədələnməsi qırılma nöqtəsi oldu. Məcbur qalıb sistemi də dəyişdim. Rəqibin ehtiyat oyunçular skamiyasının qolları çılğınlıqla qeyd etməsinə siz şərh verə bilərsiniz. Biz ilk dəqiqələrdən sona qədər qələbə haqda düşünürdük. Rəqib yaxşı müdafiə olunurdu. Emin Mahmudovun yoxluğu hiss olunurdu. O, komandanın lideridir, simvoludur". Bordin "Neftçi"nin qorxaq futbol sərgiləməsi ilə bağlı iradı qəbul etmədiyini deyib: "Komandam titula layiqdir. Qorxaq futbol sərgiləmir. İllərdir futbolun içindəyəm. Köməkçi də olmuşam, baş məşqçi də işləmişəm. Biz ikinci yer üçün mübarizə aparmırıq. Sona qədər də çempionluq mübarizəsində yer alacağıq".