news Image
2019.05.10
13:07
| A A A
Azarbaycan qran-prisində zərər görən avtomobil üçün kompensasiyanı sığorta şirkəti ödəyəcək

Azərbaycan Qran-prisində zərər görən "Williams" bolidinin hər iki şassisi bərpa olunub və İspaniyaya aparılıb.

Goal.az xəbər verir ki, "Williams"ın direktor müavini Kler Uilyams açıqlamasında ehtiyat şassilərin də hazırda Barselonada Qran-priyə hazır vəziyyətdə olduqlarını bildirib: "Uşaqlar zavodda fenomenal iş gördülər və əllərindən gələn hər şeyi etdilər ki, şassilər İspaniyaya gəlib çıxsın".

Uilyams Corc Rasselin bolidinin şassinin lükə ilişərək qəzaya düşməsi səbəbindən kompensasiya alacaqlarını xatırladıb: "Köçürmə sığorta şirkəti vasitəsilə ediləcək. Bunun nə qədər vaxt alacağını bilmirəm. Bakıdakı yarışın promouterləri başa düşürlər ki, bu, mümkün qədər tez baş verməlidir. İndi biz özümüz təmir xərcini ödəyəcək, sonra isə kağızları sığorta şirkətinə verəcəyik".

Xatırladaq ki, Formula 1 üzrə SOCAR Azərbaycan Qran-prisinin ilk günündə birinci sərbəst yürüş zamanı Böyük Britaniyanın “Williams” komandasının pilotu Corc Rassell uğruszuluqla üzləşib. Onun bolidinin alt hissəsi drenaj lükünə ilişib və zədələnib. Qəza nəticəsində 21 yaşlı sürücü yürüşü dayandırıb. Rassellin bolidi trasdan evakuasiya olunarkən evakuator körpüyə ilişib. Həmin qəza nəticəsində sərbəst yürüş ləğv olunub.

Azərbaycan Qran-prisinin qalibi isə "Mercedes"in pilotu Valtteri Bottas olub.