Əlaqə Arxiv
news Image
2019.05.14
14:27
| A A A
Çingiz Abdullayev: "Klopp məni təhqir etdi"

Liverpool-un baş məşqçisi Yurgen Klopp əsl peşəkar və dahi mütəxəssisdir. Bu həqiqətən belədir”.

Goal.az xəbər verir ki, bu sözlər Neftçi-nin Müşahidə Şurasının sədri Çingiz Abdullayevə məxsusdur.

Tanınmış yazıcı Liverpool-un baş məşqçisi Yurgen Kloppun Avropa Liqasının final görüşünün Bakıda keçirilməsi ilə bağlı fikirlərinə münasibət bildirib. Abdullayev feysbuk səhifəsi vasitəsilə almaniyalı çalışdırıcının cavabını verib: “Klopp finalın Bakıya verilməsi ilə bağlı deməklə məni təhqir etdi. O soruşub ki, final görüşünü Bakıya həvalə edənlər səhər yeməyində nə yeyiblər? İndi isə mən Kloppdan dəqiqləşdirmək istəyirəm. O mənim ölkəmin ünvanına belə nalayiq ifadələr işlədərkən səhər nə yemişdi? Alman Kloppa sadəcə xatırlatmaq istəyirəm ki, milliyyətçi sosializmin ideologiyası əsasında xalqların “arilər” və məhvə məhkum ikinci dərəcəlilərə bölünməsi durur. Bütün bu slavyanları, yəhudiləri, qaraçıları. Əlbəttə, yox. O belə vəhşi bəyanatlarla çıxış etmir. Amma başqa ölkə və başqa xalqa çox güclü elementar laqeydlik təsiri bağışlayır”.

Abdullayev eyni zamanda Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin bəyanatına da münasibət bildirib: “Böyük Britaniya sivilizasiyanın inkişafına və mədəniyyətə xüsusi töhfə verib. Öz dili, tarixi, ədəbiyyatı, elmi və musiqisi ilə. Mənim bu ölkəyə hörmətim hədsizdir. Amma turistlərin Bakıda gecə hücumundan ehtiyatlanmalı olması ilə bağlı bəyanat çox yanlışdır. Mənə son illərdə xaricilərin soyulduğu bar və restoran göstərin. Heç olmasa bir neçəsini. Yoxsa sübut etmək lazımdır ki, Bakı bəzi rayonlarına gecələr, həqiqətən də, girmək lazım olmadığı Londonla müqayisədə daha təhlükəsizdir. Bu gün Bakı MDB ölkələrinin ən təhlükəsiz şəhərlərindən biridir. Son illərdə biz bütün dünyaya yayımlanan beynəlxalq tədbirlər keçirmişik. Hardasa xaricilərlə bağlı münaqişə barədə eşitməmişəm. Hətta əksinə, ingilis azarkeşlərin çılğınlığından ehtiyatlanmalıyıq ki, onların da bəzilərini Avropa qitəsinə buraxmırlar. Centlemenlər, yaxşı deyil. Tam düzgün deyil. Mən qıcqırmış vətənpərvər və millətçi deyiləm. Amma ölkəmlə xalqımı nümayişkaranə və haqsız yerə acılayırlarsa, sadəcə olaraq susa bilmirəm”.

Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda Arsenal-la Chelsea arasında keçiriləcək.

Sizin Reklam Yeriniz