Əlaqə Arxiv
news Image
2019.05.15
17:47
| A A A
KİV: "Çelsi" Bakıdakı finaldan sonra baş məşqçisini istefaya göndərəcək

İngiltərənin “Çelsi” komandasının baş məşqçisi Mauritsio Sarri UEFA Avropa Liqasının Bakıda keçiriləcək final matçından sonra istefaya göndəriləcək.

Movqe.az “Report”-a istinadən xəbər verir ki, paytaxt klubunun sahibi Roman Abramoviç Londonun digər təmsilçisi “Arsenal” ilə həlledici oyunun nəticəsindən asılı olmayaraq, 60 yaşlı italiyalı mütəxəssisi yola salacaq.

Rusiyalı iş adamı ötən yay “Çelsi” ilə 2021-ci ilin iyulunadək müqavilə bağlayan Sarrinin azarkeşlərlə gərgin münasibəti ilə əlaqədar olaraq belə bir qərar verib.

Qeyd edək ki, “Çelsi” ötən həftə başa çatan İngiltərə Premyer Liqasında 3-cü yeri tutub. Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final görüşü saat 23:00-da başlayacaq.

Sizin Reklam Yeriniz