Əlaqə Arxiv
news Image
2019.05.16
08:32
| A A A
Bu gün Bakıda bədii gimnastika üzrə Avropa çempionatı start götürəcək

Bu gün Bakıda bədii gimnastika üzrə XXXV Avropa çempionatı start götürəcək.

Movqe.az xəbər verir ki, 4 gün davam edəcək yarışda 35 ölkənin idmançılarımübarizə aparacaqlar. Çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edəcəklər.

Milli Gimnastika Arenasında keçiriləcək yarışın ilk gününə gənclərdən ibarət qrup hərəkətləri komandalarının çıxışları olacaq. Mayın 17-də yalnız böyük gimnastlar xalça üzərində güclərini sınayacaqlar. Çempionatın 3-cü günü artıq komanda hesabında (böyük gimnastlar və gənc komandaların ortaq xalları əsasında) və qrup komandalarının çoxnövçülük yarışlarında qaliblərin adları müəyyənləşəcək. Turnirin son günündə isə ayrı-ayrı alətlər üzrə Avropanın ən yaxşı gimnastlarının adları məlum olacaq.

Avropa çempionatında AzərbaycanıZöhrə Ağamirova, Veronika Hudis, Mədinə Əsədova, Ləman Alımuradova, Selcan Hacızadə, Milana Əkbərova vəFəridə Səfiyarzadə təmsil edəcək. 

Yarışın cədvəli 

 

16 may, cümə axşamı

17:00 – 17:30. Açılış mərasimi 

17:30 – 18:50. Gənclər: qrup hərəkətləri proqramı / çoxnövçülük (5 halqa) 

 

17 may, cümə

12:00 – 13:50. Böyüklər: fərdi proqram / təsnifat / Qrup A (halqa və top) 

13:50 – 14:30. Fasilə 

14:30 – 16:00. Böyüklər: fərdi proqram / təsnifat / Qrup B (halqa və top) 

16:00 – 16:10. Fasilə 

16:10 – 18:00. Böyüklər: fərdi proqram / təsnifat / Qrup C (halqa və top) 

 

18 may, şənbə 

10:00 – 11:30. Böyüklər: fərdi proqram / təsnifat / Qrup B (gürzlər və lent) 

11:30 – 11:40. Fasilə 

11:40 – 13:30. Böyüklər: fərdi proqram / təsnifat / Qrup C (gürzlər və lent) 

13:30 – 14:30. Fasilə 

14:30 – 16:20. Böyüklər: fərdi proqram / təsnifat / Qrup A (gürzlər və lent) 

16:20 – 16:40. Fasilə 

16:40 – 18:00. Gənclər: qrup hərəkətləri proqramı / çoxnövçülük (5 lent) 

18:10 – 18:25. Mükafatlandırma mərasimi (komanda hesabı) 

18:25 – 18:40. Mükafatlandırma mərasimi (gənclər / qrup hərəkətləri proqramında çoxnövçülük)

 

19 may, bazar 

12:00 – 12:40. Gənclər: qrup hərəkətləri proqramı / FİNAL / 5 halqa 

12:45 – 13:25. Gənclər: qrup hərəkətləri proqramı / FİNAL / 5 lent 

13:30 – 13:45. Mükafatlandırma mərasimi 

13:45 – 14:30. Fasilə 

14:30 – 15:50. Böyüklər: fərdi proqram / ayrı-ayrı alətlər üzrə FİNALLAR (halqa və top) 

15:50 – 16:00. Fasilə 

16:00 – 17:05. Böyüklər: fərdi proqram / ayrı-ayrı alətlər üzrə FİNALLAR (gürzlər və lent) 

17:10 – 17:30. Mükafatlandırma mərasimi 

17:30 – 17:40. “SmartScoring Shooting Star” mükafatı 

17:40 – 18:10. Qala-konsert, bağlanış mərasimi

Sizin Reklam Yeriniz