news Image
2019.05.17
01:44
| A A A
Mxitaryan gələsi olmadı?
Avropa Liqasının finalında "Çelsi" ilə qarşılaşacaq İngiltərənin "Arsenal" klubu erməni futbolçusu Henrix Mxitaryanı Bakıya gətirməyəcək. Movqe.az Yenicag.az-a istinadən xəbər verir ki, bu barədə "The Times" nəşri yazıb. Bildirilir ki, London klubu "təhlükəsizlik" səbəbi ilə belə bir addım atacaq. Nəşrin iddiasına görə, "Arsenal" rəhbərliyə hesab edir ki, guya yarımmüdafiəçinin Azərbaycana mümkün gəlişi ilə bağlı yaranan ab-hava, final matçı öncəsi komandaya mənfi təsir göstərə bilər. Qeyd edək ki, finala ev sahibliyi edəcək Azərbaycan tərəfi təhlükəsizliyə tam təminat verib.