Əlaqə Arxiv
news Image
2019.05.22
13:44
| A A A
Eintracht azarkeşlərindən jest - final biletlərini azərbaycanlılara hədiyyə etdilər

Einntracht-ın azarkeşləri alqışalayiq jestlə yadda qalıblar.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, Frankfurt təmsilçisinin fanatları Avropa Liqasının final oyununa olan biletlərini azərbaycanlılara hədiyyə ediblər.

100-ə yaxın alman azarkeş ayın əvvəlində Bakıda keçiriləcək final görüşünə bilet alıblar. Onların komandası yarımfinal mərhələsində Chelsea-yə penaltilər seriyası ilə məğlub olaraq, mübarizəni dayandırıb. 

Onlar biletlərini Azərbaycanda yoxsulluq içində yaşayan uşaqlara bağışlayıb. "Qartal" fan-klubunun rəhbəri mətbuata açıqlamasında təxminən 100 biletin uşaqlara göndərildiyini söyləyib: "Komandanın bu mövsümkü parlaq çıxışı azarkeşlərimizi də həvəsləndirmişdi. Onlar öncədən finala bilet əldə etmişdilər. Lakin komandamız finalın bir addımlığında dayandı. Daim yaradırıcı addımlarla diqqət çəkən Eintracht azarkeşləri yenə nəsə etmək istədilər. Qərara gəldik ki, həmin biletləri Bakı kəndlərindəki yoxsul uşaqlara hədiyyə edək".

Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək və İngiltərənin Arsenal və Chelsea klubları qarşılaşacaq. 

Sizin Reklam Yeriniz