Əlaqə Arxiv
news Image
2019.05.24
17:37
| A A A
Azad Rəhimov: UEFA rəsmiləri Bakıda final oyununun keçiriləcəyi stadionu qiymətləndiriblər

Bakı UEFA Avropa Liqasının final matçına tam hazırdır.

Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

A.Rəhimov qeyd edib ki, Bakı bundan əvvəl Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və digər beynəlxalq əhəmiyyətli yarışlara ev sahibliyi edib.

Nazir qeyd edib ki, Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçında 30 mindən çox əcnəbi azarkeş iştirak edəcək.

Nazirin sözlərinə görə, UEFA rəsmiləri bundan əvvəl Bakıya gələrək oyunun keçiriləcəyi stadionu yoxlayıblar və stadiona 5 ballıq cədvəl üzrə 4.5 bal veriblər.

“Azərbaycanlı futbolsevərlər də bu matçın keçirilməsini səbirsizliklə gözləyirlər”.

Sizin Reklam Yeriniz