Əlaqə Arxiv
news Image
2019.06.11
15:13
| A A A
Juventus Real-ın 4 futbolçusuna "elçi" düşdü

Transfer çalışmalarını davam etdirən Juventus-un ilkin siyahısı bəlli olub.

Goal.az-ın məlumatına görə, "qoca sinyora" Real-ın oyunçularına göz dikib.

Müdafiəçi Marselo və yarımmüdafiəçilər İsko, Hames Rodriges, həmçinin Dani Sebalyos turinlilərin diqqət mərkəzindədir. Madrid klubu Hames və Sebalyosu onsuz da, transferə çıxarıb. İspanlar hətta Marselonun gedişinə də qarşı deyil.

Real rəhbərliyi oyunçularla bağlı qərarı yeni transferlərə görə verəcək.

Sizin Reklam Yeriniz