news Image
2019.07.04
13:05
| A A A
Lempard "Çelsi"nin baş məşqçisi oldu - FOTO

Mauritsio Sarriylə yolları ayıran "Çelsi"nin yeni baş məşqçisi rəsmən bəlli olub.

Movqe.az sportal.az-a istinadən xəbər verir ki, London təmsilçisini sabiq futbolçusu Frenk Lempard çalışdıracaq. 41 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Lempard London klubundan keçmiş komanda yoldaşı olan "Çelsi" akademiyasının məşqçisi Codi Morrisi və fitnes hazırlığı ilə məşğul olan Kris Consu da öz məşqçi heyətinə əlavə edəcək. Bundan əlavə, Klod Makelele və akademiya məşqçisi Co Edvards da Lempardın məşqçi kollektivində çalışacaq.

"Çelsi" Lempardın son çalışdırdığı Çempionşip klubu "Derbi"yə 4,5 milyon avro təzminat ödəyib.

Frenk Lempard 2001-2014-cü illərdə "Çelsi"də çıxış edib.