Əlaqə Arxiv
news Image
2019.07.15
16:50
| A A A
Avro-2020-nin bilet satışında rekord müraciət qeydə alındı

Gələn il keçiriləcək Avropa çempionatı üçün bilet satışının birinci mərhələsində rekord qeydə alınıb.

Goal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qitə futbol qurumu indiyə qədər 19 milyon 300 min müraciət alıb. Buna qədər rekord AVRO-2016-ya məxsus idi. Həmin turnirin başlamasından əvvəl 11 milyon bilet istəyi olub.

Qeyd edək ki, AVRO-2020-nin final mərhələsi gələn il 12 iyun - 12 iyul tarixləri aralığında 12 şəhərdə - London, Münhen, Roma, Bakı, Buxarest, Budapeşt, Kopenhagen, Dublin, Bilbao, Qlazqo, Amsterdam və Sankt-Peterburqda keçiriləcək.

Sizin Reklam Yeriniz