news Image
2019.07.21
14:54
| A A A
Qəbələ-nin oyununa hakimlər təyin olundu

Avropa Liqasının 2-ci təsnifat mərhələsində Qəbələ ilə Dinamo Tbilisi ilə arasında keçiriləcək ilk oyuna hakim təyinatları açıqlanıb.

Goal.az xəbər verir ki, Qəbələdə oynanılacaq matç Şotlandiya Futbol Federasiyasından olan referilərə həvalə olunub. Görüşün baş hakimi Nikolas Uolş olacaq. Ona Alan Mulvanni və Cordon Stoko köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Qavin Dunkan yerinə yetirəcək.

UEFA nümayəndəsi Hay Hoetals (Belçika), hakim-inspektor isə Mixalis Mitas (Kipr)olacaq.

Qeyd edək ki, iyulun 25-də Qəbələdə keçiriləcək Qəbələ - Dinamo oyunu yerli vaxtla saat 19:00-da başlayacaq. Komandalar arasında cavab görüşü bir həftə sonra Tbilisidə olacaq.