news Image
2019.07.22
12:46
| A A A
Messinin avtomobili əlindən alınır

Almaniyanın “Audi” şirkəti Barcelona ilə əməkdaşlığı dayandırıb.

Goal.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, “Audi”nin Barcelona ilə olan əməkdaşlıq müqaviləsinin müddəti iyunun 30-da bitib və yeni sözləşmə imzalanmayıb. 

Barcelona ilə 2006-cı ildən əməkdaşlıq edən “Audi” müqavilə müddətində Barcelona-lı futbolçulara verdiyi avtomobillərin geri qaytarılmasını istəyib. Hazırda Yaponiyada təlim-məşq toplanışında olan Barcelona-nın İspaniyaya qayıtdıqdan sonra avtomobilləri geri qaytaracağı gözlənilir.

Lionel Messi şirkətdən dəyəri 130 min funt-sterlinq olan “RS-6” markalı avtomobili seçmişdi.