news Image
2019.08.07
21:16
| A A A
Ən bahalı müdafiəçi nömrə seçimi etdi

Manchester United-in yeni transferi Qarri Maquayr nömrə seçimini edib.

Goal.az-ın məlumatına görə, mərkəz müdafiəçisi yeni komandasında 5 nömrəli formanı geyinəcək.

Maquayr Hull City və Sheffield  United də bu forma altında çıxış edib. 26 yaşlı oyunçu Leicester-də 15 nömrəyə üstünlük veribsə, yığmada "6"nı daşıyır.

Qeyd edək ki, Qarri Maquayr Manchester United-ə 87 milyon avroya keçib və futbol tarixinin ən bahalı müdafiəçi transferi ünvanını ələ keçirib.