news Image
2012.05.06
19:44
| A A A
"London 2012" Olimpiya Stadionunun açılışı olub
Movqe.az xəbər verir ki, "London 2012 " Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək Böyük Britaniyanın paytaxtında Olimpiya Stadionunun rəsmi açılışı olub. Olimpiya Parkının mərkəzində yerləşən Olimpiya Stadionu ilk dəfə atletlərin sınaq yarışı üçün ictimaiyyətin üzünə açılıb.
Stadionda dünən son sınaq yarışları keçirilib. Minlərlə idman həvəskarı, soyuq və yağışlı havaya baxmayaraq, Olimpiya Stadionunda yarışıb. Sınaq yarışlarının təşkilatçılarının məlumatına görə, 80 min nəfər tutumu olan stadionun rəsmi açılışında 40 min adam iştirak edib. Mərasimdə iştirak edənlər arasında London Olimpiya Oyunlarının Təşkilatçı Komitəsinin sədri Sebastyan Koui də olub.
Qeyd edək ki, "London 2012" Yay Olimpiya Oyunları iyulun 27-dən avqustun 12-dək, Paralimpiya oyunları isə avqustun 29-dan sentyabrın 9-dək keçiriləcək.


Tural QABİLOĞLU