news Image
2019.08.08
17:40
| A A A
Azərbaycanın FIFA referisi Çempionlar Liqasının oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Əliyar Ağayev Çempionlar Liqasının oyununa təyinat alıb.

"Report" xəbər verir ki, Ağayev Avstriyada LASK və İsveçrənin “Bazel” komandaları arasında keçiriləcək III təsnifat mərhələsinin cavab matçını idarə edəcək. Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

Oyun avqustun 13-də baş tutacaq.

Qeyd edək ki, LASK ilk görüşdə 2:1 hesabı ilə qalib gəlib.

money.az currency