Əlaqə Arxiv
news Image
2019.08.14
09:04
| A A A
Bu gün UEFA Super Kubokunun qalibi bəlli olacaq
Avqustun 14-də UEFA Super Kubokunun final görüşü keçiriləcək. Movqe.az xəbər verir ki, Türkiyənin "Vodafone Park" stadionunda oynanılacaq görüşdə ötən mövsüm UEFA Çempionlar Liqasının qalibi "Liverpul", UEFA Avropa Liqasının qalib kimi başa vurmuş "Çelsi" klubu ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü ilk dəfə qadın referi idarə edəcək. Fransalı Stefani Frappara həmyerlisi Manuela Nikolazi və irlandiyalı Mişel O Nil yan xətt hakimləri kimi yardımçı olacaq. Dördüncü hakim funksiyasını türkiyəli kişi referi Cüneyt Çakır yerinə yetirəcək. Qeyd edək ki, "Çelsi" 2018-2019-ci ilə mövsümünün UEFA Avropa Liqasının Bakıda keçirilən finalında "Arsenal" klubunu məğlub etmişdi (4:1). "Liverpul" isə qitənin ən nüfuzlu klub turnirinin həlledici götüşündə "Tottenhem"ən üstün olub (2:0).
Sizin Reklam Yeriniz