Əlaqə Arxiv
news Image
2019.08.20
21:00
| A A A
Qadın futbolçu gözəlliyi ilə göz qamaşdırır - FOTO

Dünyanın ən gözəl qadın futbolçularından biri olan Hollandiya millisinin üzvü Anuk Huqendiyk gözəlliyi ilə daim diqqət mərkəzindədi.

Movqe.az fanat.az-a istinadən bildirir ki,sosial mediada 200 minə yaxın izləyicisi olan 34 yaşlı futbolçu tez-tez cəsur paylaşımlar edərək minlərlə "like" toplayır.

1985-ci ildə dünyaya gələn Anuk Huqendiyk 12 yaşında "Geef Nooit Op" adlı televiziya proqramına çıxıb. 2004-cü ildə "Saestrum" klubunda çıxış etməyə başlayıb və daha sonra Hollandiyanın "Utrext", İngiltərənin "Arsenal" və "Bristol Academy" klublarında oynayıb, 2014-cü ildən "Ayaks"da çıxış edib. 2004-2017-ci illərdə çıxış etdiyi Hollandiya millisində 103 oyun keçirərək 9 qol vurub.

Sizin Reklam Yeriniz