Əlaqə Arxiv
news Image
2019.09.06
19:40
| A A A
Qarabağ-ın yeni transferi Bakıdadır

Qarabağ-ın İngiltərənin Bournemouth klubundan icarəyə götürdüyü qapıçı Asmir Beqoviç artıq Azərbaycandadır.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bosniya və herseqovinalı qolkiper bu gün səhər saatlarında London - Bakı reysi ilə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda bir qrup azarkeş qarşılayıb. 32 yaşlı oyunçunun sabahdan yeni komandası ilə məşqlərə başlayacağı gözlənilir. Onun adı UEFA Avropa Liqasının qrup mərhələsinin oyunları üçün sifariş olunub.

Qeyd edək ki, Asmir Beqoviç Bournemouth-dan bu ilin sonunadək icarəyə götürülür.

Sizin Reklam Yeriniz