Əlaqə Arxiv
news Image
2019.09.07
21:38
| A A A
Məşhur telekanal millimizin futbolçusunu ələ saldı

“Eurosport” telekanalının saytı (rus versiyası) milli komandamızın müdafiəçisi Pavel Paşayevi ələ salıb.

Goal.az xəbər verir ki, buna onun dünən “Avro-2020”nin Uelsə qarşı səfər matçında (1:2) öz qapısına vurduğu qol səbəb olub. Qarşılaşma haqdakı xəbərdə belə bir cümlə işlədilib: "Azərbaycanlı müdafiəçi elə avtoqol vurub ki, yemək yeyəndə gülməkdən boğula bilərsiniz".

Xatırladaq ki, Uelsin oyunçusu Qaret Beylin 26-cı dəqiqədə zərbəsindən sonra top Pavel Paşayevə dəyərək qapıya daxil olub.

Sizin Reklam Yeriniz